AFFA-nın Hakimlər Komitəsi I Divizionun XVI turuna təyinatları açıqlayıb. Sportinfo.az-ın məlumatına görə, Premyer Liqa matçlarına baş hakim kimi çıxan iki referi aşağı dəstəyə “sürgün olunub”. Bunlar FİFA referisi Rəhim Həsənovla bu statusun sabiq daşıyıcısı Orxan Məmmədovdu.
AZAL – “Qarabağ” qarşılaşmasındakı səhvi ilə meydan sahiblərini azlıqda qoyub, qonaqların qələbəsində rolu olan sonuncu “Ağsu” – MOİK görüşündə fit çalacaq. FİFA referisi isə divizionun mərkəzi oyunu olan “Turan Tovuz” – “Zaqatala” matçına təyinat alıb. Premyer Liqanın son turunda iş başında olmayan sonuncu XVII turun “Sumqayıt” – “Kəpəz” matçından sonra “istirahət”ə göndərilib.
15 fevral (çərşənbə)
13:00. “Şərurspor” – “Mil-Muğan”
Hakimlər: Ziya Nəsirov, Azər Əsgərov, Nahid Əliyev, Kərim Kərimov
Hakim-inspektor: Akif Əliyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
16 fevral (cümə axşamı)
15:00. “Turan Tovuz” – “Zaqatala”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Yavər Rəhimov
Tovuz şəhər stadionu
13:00. “Rəvan” – “Şəmkir”
Hakimlər: Emin Nağıbəyov, İsgəndər Əliyev, Samir Hacıyev, Vüsal Əliyev
Hakim-inspektor: Əlibala Ələsgərov
“Bayıl Arena”
15:00. “Ağsu” – MOİK
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşad Abdullayev, Anar Fərəcov
Hakim-inspektor: Rufulla Kərimov
Ağsu şəhər stadionu
17 fevral (cümə)
14:00. “Şahdağ” – “Bakılı”
Hakimlər: Ramil Əhmədov, Cavanşir Yusifov, Aleksandr Musatkin, Anar Göyçayski
Hakim-inspektor: Abdulla Məmmədov
Şövkət Orduxanov adına Qusar şəhər stadionu
15:00. “Energetik” – “Göyəzən”
Hakimlər: Ramiz Məhərrəmov, Habil Əliyev, Samir Ələsov, Elgün Hüseynov
Hakim-inspektor: Əvəz Şıxıyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
18 fevral (şənbə)
15:00. “Səbail” – “Qaradağ Lökbatan”
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Rahil Ramazanov, Alik Yunusov
Hakim-inspektor: Samir Kərəmov
“Bayıl Arena”

