Qurbanov - "Neftçi”nin əvəzedicilərinin yeni baş məşqçisi

12 İyun 2018 15:36 Əvəzedicilər 645
Qurbanov - "Neftçi”nin əvəzedicilərinin yeni baş məşqçisi

"Neftçi”nin əvəzedici komandasına baş məşqçi təyinatı olub.

Sportinfo.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək.

O, bir müddət əvvəl istefaya göndərilmiş Vadar Nuriyevi əvəzləyib. 1996-1997, 2004-2005-ci illərdə "Neftçi”də çıxış edən Qurbanov "Kəpəz”, "Şəmkir”, "Fulad” (İran), "Tavriya” (Ukrayna), "Xəzər Lənkəran”, "İnter” və "Bakı” klublarının formasını geyinib.

"Professor” ləqəbli futbolçu rekord sayda – 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxıb və 1 qola imza atıb.

Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra "Kəpəz”in baş məşqçisi, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifələrində çalışıb. O, UEFA-nın A kateqoriyalı məşqçisidir.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"