“Neftçi” legionerlərin hesabına "Sumqayıt”a 6 cavabsız qol vurdu

12 Fevral 2017 16:40 Əvəzedicilər 972
“Neftçi” legionerlərin hesabına "Sumqayıt”a 6 cavabsız qol vurdu

Premyer Liqada çıxış edən klubların əvəzedicilərinin çempionatında XVIII tura yekun vurulub. Sportinfo.az-ın məlumatına görə, baş tutan hər iki oyunda meydan sahibləri qələbəyə seviniblər. AZAL “İnter”i minimalhesabla məğlub edib. Yeganə qolu “bankirlər”in qapısından Vüqar Həsənov keçirib. O, 90+4-cü dəqiqədə komandasına qələbə qazandırıb.

“Neftçi” isə “Sumqayıt”ı darmadağın edib. Bakılılar 6 cavabsız qola seviniblər. Maraqlıdı ki, paytaxt təmsilçisinin qollarından ikisinə əsas heyətin üzvləri Uqo Barqas və Jayro Rodirgez imza atıblar.

AZAL – “İnter” 1:0
Vüqar Həsənov, 90+4

“Neftçi” – “Sumqayıt” 6:0
Uqo Barqas, 19; Aqşin Qurbanlı, 23 (p.); Kənan Mirzəliyev, 30, 88; Ərziman Rizvanov, 67; Jayro Rodriges, 81

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti