I Divzion klubunda BAŞ təyinat

26 May 2018 19:00 Əvəzedicilər 1 454
I Divzion klubunda BAŞ təyinat

«Səbail»dən ayrılan Samir Əliyevin köməkçisi Araz Qulamovun işsiz günləri qısa sürüb.

«Neftçi»nin mərhum veteranı Bəxtiyar Qulamovun oğlu bundan sonra «Binə»də çalışacaq.

Gənc mütəxəssis I Divizion klubu ilə 1 illik müqavilə bağlayıb. O, bu postda İsmayıl Əliyevi əvəzləyib.

Ötən mövsümü 7-ci pillədə başa vuran debütant Qulamovun qarşısına medallar uğrunda mübarizə aparan komanda yaratmaq vəzifəsi qoyub (Sportinfo.az).

Xəbər Lenti