"Səbail"də şəkər xəstəliyi tapan baş məşqçinin qovulma səbəbləri

25 May 2018 11:00 Əvəzedicilər 1 646
"Səbail"də şəkər xəstəliyi tapan baş məşqçinin qovulma səbəbləri

«Səbail» rəhbərliyi əvəzedicilərdən ibarət komandanın baş məşqçisi Elman Sultanovla vidalaşıb.

Ötən mövsım I Divizionda gümüş medalları qazanan, bu dəfə isə «dubl»ları çempion edən gənc mütəxəssislə müqavilənin müddətinin uzadılmamasının səbəbi… çox maraqlıdı.

53 xalla ilk pilləni tutan kollektivin əsasən yaşlı futbolçulardan qurulması idarəçilərin ürəyincə olmayıb.

Digər bir «əmma» Sultanovun adının danışılmış oyunlarda hallanmasıdı. Bu söhbət isə yeni deyil: ötən ildən var. «Səbail» aşağı dəstədə çıxış edərkən də çoxlu söz-söhbətlər gəzirdi ki, bu baş məşqçinin qeyri-leqal bukmeyker kontorlarıyla əlaqələri mövcuddu.

«Şəmkir»i Bayılda 2:1 udduqları matçdan sonra ümumiyyətlə belə şayiələrin önü açıldı. İndi isə Sultanova bunların heç birini keçmədilər. «Səbail»dən ona yadigar qalan isə stress və şəkər oldu.

SPORTİNFO,AZ

Xəbər Lenti