Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında mövsümə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 28-ci turun üç oyunu ötən gün baş tutub.
“Qəbələ” - “Qarabağ” görüşündə hesab açılmayıb. “Sumqayıt” - “Zirə” görüşündə də qalib müəyyənləşməyib. “Kəpəz”in qonağı olan “Neftçi” isə səfərdən inamlı qələbə ilə qayıdıb.
Mövsümə bu gün keçirilən "Səbail" - "Keşlə" oyunu ilə yekun vurulub. Qarşılaşma qolsuz yekunlaşıb.
Beləcə, "Səbail" mövsümü çempion kimi başa vurubsa, "Qəbələ" gümüş, "Zirə" bürünc medallarla kifayətlənməli olub.
Kəpəz - Neftçi 0:2
Qol: Elnur Süleymanov, 9. Murad Hüseynov, 74.
Hakimlər: Etibar Həsənov, Habil Əliyev, Fehruz Əliyev, İslam Məmmədov.
Hakim-inspektor: Vaqif Ayvazov.
Yevlax şəhər stadionu.
Sumqayıt - Zirə 1:1
Qol: Fərid Kərimzadə, 82 - Əziz İsmayılov, 85.
Hakimlər: Ramiz Məhərrəmov, Kənan Məlikov, Vüqar Bayramov, Vüsal Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
“Sumqayıt Arena”.
Qəbələ - Qarabağ 0:0
Hakimlər: Anar Göyçayski, Rəşadət Cəfərov, Rəşad Xasıyev, Nicat İsmayıllı.
Hakim-inspektor: Rüfət Hüseynov.
Qəbələ şəhər stadionu, ehtiyat meydança.
Səbail - Keşlə 0:0
Hakimlər: Alik Yunusov, Roman Vasilyev, Müslüm Əliyev, Emin Nağıbəyov
Hakim-inspektor: Azad Hüseynov
Bakı. “Bayıl Arena”.
| 1 | Səbail | 28 | 16 | 5 | 7 | 45-31 | 53 |
| 2 | Qəbələ | 28 | 15 | 5 | 8 | 63-28 | 50 |
| 3 | Zirə | 28 | 11 | 8 | 9 | 35-36 | 41 |
| 4 | Qarabağ | 28 | 11 | 6 | 11 | 38-41 | 39 |
| 5 | Keşlə | 28 | 8 | 14 | 6 | 36-33 | 38 |
| 6 | Sumqayıt | 28 | 10 | 7 | 11 | 35-45 | 37 |
| 7 | Neftçi | 28 | 8 | 6 | 14 | 22-35 | 30 |
| 8 | Kəpəz | 28 | 2 | 11 | 15 | 14-39 | 17 |
|
Ülvi İsgəndərov - 16 qol ("Sumqayıt")
|
|||||||

