Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində bu gün 27-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Bu tura qədər çempionatın şərikli liderlərindən olan “Qəbələ” səfərdə “Sumqayıt”a uduzub. Bundan maksimum yararlanan “Səbail” “Neftçi” üzərində qələbə ilə vahid liderə çevrilib.
Bununla da əvəzedicilərin çempionatında qalib və gümüş medalçı müəyyənləşib. Belə ki, “Səbail” sona bir tur qalmış qızıl medalları rəsmiləşdirib.
Elman Sultanovun başçılıq etdiyi komanda artıq rəqibləri üçün əlçatmaza çevrilib. Çempionluq şansını itirən “Qəbələ” isə gümüş medallarla kifayətlənib. Bürünc medalların sahibi son turda məlum olacaq.
“Neftçi” - “Səbail” 0:1
Qol: Emil Həsənzadə, 19.
“Zirə” - “Kəpəz” 2:2
Qollar: Elçin Əliyev, 27. Əziz İsmayılov, 73 - Ruslan Süleymanov, 53. Əli Səmədov, 83.
“Keşlə” - “Qarabağ” 3:1
Qollar: Emin Quliyev, 20; 64. Asif Əliyev, 85 - Ruslan Hacıyev, 90+3.
“Sumqayıt” - “Qəbələ” 2:0
Qollar: Qurban Hüseynov, 78. Elvin Nəsibov, 84-pen.
| 1 | Səbail | 27 | 16 | 4 | 7 | 45-31 | 52 |
| 2 | Qəbələ | 27 | 15 | 4 | 8 | 63-28 | 49 |
| 3 | Zirə | 27 | 11 | 7 | 9 | 34-35 | 40 |
| 4 | Qarabağ | 27 | 11 | 5 | 11 | 38-41 | 38 |
| 5 | Keşlə | 27 | 8 | 13 | 6 | 36-33 | 37 |
| 6 | Sumqayıt | 27 | 10 | 6 | 11 | 34-44 | 36 |
| 7 | Neftçi | 27 | 7 | 6 | 14 | 20-35 | 27 |
| 8 | Kəpəz | 27 | 2 | 11 | 14 | 14-36 | 17 |
|
Ülvi İsgəndərov - 16 qol ("Sumqayıt")
|
|||||||

