
Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 26-cı tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Kəpəz” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Oyun qonaqların inamlı qələbəsi ilə başa çatıb.
“Kəpəz” – “Sumqayıt” 0:2
Qol: Elvin Nəsibov, 60; 74.
Hakimlər: Kərim Kərimov, Elsevər Alıyev, Ruslan Quliyev, Namiq Bəkirov
Yevlax şəhər stadionu, 16:00
6 may
“Qəbələ” – “Keşlə”
Hakimlər: Etibar Həsənov, Elmin Süleymanov, Rahin Heybətov, Vüsal Əliyev
Qəbələ şəhər stadionu, ehtiyat meydança, 16:00
“Səbail” – “Zirə”
Hakimlər: Elgün Hüseynov, Teymur Teymurov, Müslüm Mövludov, Kamal Umudlu
Bakı. “Bayıl Arena”, 16:00
7 may
“Qarabağ” – “Neftçi”
Hakimlər: Qorxmaz Eldarov, Cahangir Yusifzadə, Əli Cəbrayılov, Nicat İsmayıllı
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00