“Qəbələ” xal itirdi, “Qarabağ” uduzdu, “Neftçi” qalib gəldi

30 Aprel 2018 08:12 Əvəzedicilər 734
“Qəbələ” xal itirdi, “Qarabağ” uduzdu, “Neftçi” qalib gəldi

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 25-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə “Zirə” doğma meydanda “Qarabağ” üzərində inamlı qələbəyə sevinib.

İkinci oyun günündə iki görüş baş tutub. “Neftçi” səfərdə “Keşlə”ni məğlub edib. “Qəbələ” isə “Kəpəz”lə ev oyununda vacib xallar itirib.

Buna baxmayaraq, komanda liderliyini davam etdirib. Amma son gündə “Sumqayıt”la qarşılaşacaq “Səbail” qalib gəlsə, vahid liderə çevriləcək.

“Zirə” – “Qarabağ” 2:0

Qol: Müşfiq İlyasov, 18. Milad Bayramov, 53.
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Xalid Quliyev
Zirə İdman Kompleksinin stadionu

“Qəbələ” – “Kəpəz” 0:0
Hakimlər: Emin Nağıbəyov, Samir Ələsov, Rəşadət Cəfərov, Elçin Abdullayev
Qəbələ şəhər stadionu

“Keşlə” – “Neftçi” 0:2
Qol: Qədir Bayramov, 65; 78.
Hakimlər: Səbuhi Bayramov, Hüseyn Əsgərov, Zöhrab Abbasov, Kamal Umudlu
Bakı. “İnter Arena”

30 aprel (bazar ertəsi)

“Sumqayıt” – “Səbail”
Hakimlər: Qorxmaz Eldarov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, İslam Məmmədov
Sumqayıt. “Sumqayıt Arena”, 16:00.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti