Əhmədov Cəfərovu və 2 legioneri əvəzedici heyətə göndərdi – VİDEO+FOTOLAR

26 Aprel 2018 17:12 Əvəzedicilər 1 447
Əhmədov Cəfərovu və 2 legioneri əvəzedici heyətə göndərdi – VİDEO+FOTOLAR

“Neftçi”nin əvəzedici komandası növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, paytaxt gəncləri 24-cü turda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.

Qələbə qoluna Qədir Bayramov imza atıb. Beləliklə, “ağ-qaralar“ 9 oyunluq uğursuz oyunlar seriyasına son qoyub.

Elnur Cəfərov bu matçda forma geyinib. Qış fasiləsindən ağır zədəylə dönən yarımmüdafiəçi əsas komandada rəqabətə hazır olmadığından, Tərlan Əhmədov onu “dubl“a göndərib.

Onrunla yanaşı, 2 legioner da Vadar Nuriyevin sərəncamına verilib. Maraqlıdı ki, əcnəbilərin ikisi də yeni ildə transfer olunanlardı. Biri kosta-rikalı Mayk Kampaz, biri də paraqyvalı Fransisko Qarsiya.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti