Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilmiş “Neftçi” – “Qəbələ” oyununda ev sahiblərinə qələbə gətirən kapitan Ruslan Abışov qolunu qardaşına, yenicə doğulmuş oğluna və azarkeşlərə həsr edib.
Sportinfo.az xəbər verir ki, müdafiəçi bunun əlamətdar hadisə olduğunu bildirib:
“Ailəmizdə gözəl bir hadisə oldu. Qardaşım Sərxanın oğlu dünyaya göz açdı. Adını Ruslan qoydular, sağ olsunlar.
Qolu vurandan sonra Emin Mahmudovla bir yerdə tribunaya yaxınlaşdıq və Sərxanı bu jestlə təbrik etdik. Qolumu onlara, o cümlədən, bizi çətin gündə dəstəkləyən azarkeşlərə həsr edirəm”.

