“İnter” evdə “Neftçi”yə, "Sumqayıt" da "Kəpəz"ə məğlub oldu

8 Fevral 2017 16:48 Əvəzedicilər 680
“İnter” evdə “Neftçi”yə, "Sumqayıt" da "Kəpəz"ə məğlub oldu

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVII tura yekun vurulub. Sportinfo.az-ın məlumatına görə, turun ikinci günündə 2 qarşılaşma baş tutub. Hər iki matçda qonaqlar qalib gəlib. “Neftçi” “İnter”lə paytaxt derbisində 2 cavabsız qola sevinib. Sumqayıtdakı görüşdə isə 7 qol qeydə alınıb. “Kəpəz” sumqayıtlılara 4:3 hesabı ilə qalib gəlib.

“İnter” - “Neftçi” 0:2
Pərviz Qaraxanov, 57; Bahadur Həziyev, 77

“Sumqayıt” - “Kəpəz” 3:4
Elvin Nəsibov, 16; Süleyman Piriyev, 26 (p.); 45 // Eltac Mirzəyev, 49; Əli Səmədov, 56; Qaraxan Əliyev, 65; Fərid Məmmədov, 90+1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti