"Neftçi"ni "Zirə"yə öz futbolçusu uduzdurdu, "Qəbələ" yenə...

17 Aprel 2018 08:48 Əvəzedicilər 787
"Neftçi"ni "Zirə"yə öz futbolçusu uduzdurdu, "Qəbələ" yenə...

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 23-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutub.

"Zirə" "Neftçi"ni minimal hesabla məğlub edib. Lider "Qəbələ" doğma meydanda "Səbail"ə 0:2 hesabıyla uduzub. "Sumqayıt" isə evdə "Keşlə"ni üstələyib - 2:1.

Zirə - Neftçi 1:0

Qol: Elçin Əsədov, 34-avtoqol.
Hakimlər: Qorxmaz Eldarov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Xalid Quliyev.
Zirə. İdman Kompleksinin stadionu.

Sumqayıt - Keşlə 2:1
Qol: Camal Camalov, 19; Turan Manafov, 61 - Təbriz Xubanov, 71.
Hakimlər: Kərim Kərimov, Müslüm Mövludov, Gülyana Özcan, Yuliya Qurbanova.
Sumqayıt. “Sumqayıt Arena”

Qəbələ - Səbail 0:2
Qol: Aqşin Qurbanlı, 61. Pərviz Qaraxanov, 73.
Hakimlər: Etibar Həsənov, Rəşadət Cəfərov, Habil Əliyev, Vüsal Əliyev.
Qəbələ. Şəhər stadionu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti