Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 23-cü tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Qarabağ” səfərdə “Kəpəz”lə qarşılaşıb.
Yevlax şəhər stadionunda baş tutan görüşdə qapılara qol vurulmayıb.

