Əvəzedici heyətlərin çempionatında XVII tura start verilib. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə “Qarabağ” “Zirə”ni qəbul edib.
Oyun Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 46-cı dəqiqədə “Qarabağ”ın futbolçusu Elgün Nəbiyev açıb. Qonaqlar 81-ci dəqiqə Vəzir Musayevlə tarazlığı bərpa etsələr də, bu hesabı sona qədər qoruya bilməyiblər.
88-ci dəqiqədə “Qarabağ”ın təcrübəli futbolçusu Vüqar Nadirov fərqlənərək, komandasına qələbə qazandırıb.

