Lider “Qəbələ” autsayder “Kəpəz”ə məğlub oldu - SÜRPRİZ

5 Aprel 2018 18:36 Əvəzedicilər 833
Lider “Qəbələ” autsayder “Kəpəz”ə məğlub oldu - SÜRPRİZ

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 19-cu turdan təxirə salınmış bir oyun keçirilib.

Futbolinfo.az xəbər verir ki, lider “Qəbələ” səfərdə “Kəpəz”lə qarşılaşıb. Yevlaxda baş tutan oyunda Gəncə təmsilçisi minimal hesabla qalib gəlib.

Əvəzedicilərin çempionatı
19-cu turun oyunu

5 aprel

“Kəpəz” - “Qəbələ” 1:0
Qol: Şöhrət Quliyev, 55.
Hakimlər: Fərid Məmmədov, Kənan Məlikov, Ruslan Babayev, Vüsal Əliyev
Yevlax şəhər stadionu, 15:00.

1 Qəbələ 21 14 3 4 62-20 45
2 Səbail 21 12 3 6 36-28 39
3 Keşlə 21 7 11 3 31-26 32
4 Qarabağ 21 9 4 8 30-32 31
5 Zirə 21 8 5 8 25-29 29
6 Neftçi 21 5 6 10 15-26 21
7 Sumqayıt 21 5 5 11 23-41 20
8 Kəpəz 21 2 7 12 12-32 13

Ülvi İsgəndərov - 15 qol ("Sumqayıt")

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti