Əvəzedicilərin çempionatında 21-ci tura yekun vurulub.
"Qarabağ" öz meydanında "Keşlə"ni qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsiylə başa çatıb. Birincilər son 10 dəqiqədə vurduğu qollarla istəyinə çatıb.
Ramil Şeydayev 31 və 83-cü dəqiqələrdə dubla imza atıb. Elçin Rəhimli (81) və Ağabala Ramazanov (87) hərəyə bir dəfə fərqlənib.
Qonaqların heyətində isə Təbriz Xubanovla (62) Oleq Hüseynov (90-p) adını tabloya yazdırıb.
Sportinfo.az-ın məlumatına görə, Şeydayev «Qarabağ»da son 2 ayını keçirir. O, müqavilə ilə məxsus olduğu «Trabzonspor»a dönəcək.
Bu, Qurban Qurbanovun yekun qərarıdı. Ağdamlıların baş məşqçisi icarə müddətinin uzadılmasına dair Türkiyə klubuna müraciət olunmasını istəməyib.

