Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 20-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, dünən turun bir oyunu keçirilib.
“Keşlə” lider “Qəbələ” ilə qarşılaşıb - 1:1. Turun qalan oyunları bu gün baş tutub. "Qarabağ" səfərdə "Neftçi"ni üstələyib. İki oyunda isə meydan sahibləri qələbə qazanıb.
Zirə - Səbail 2:0
Qol: Muxtar Əliyev, 43. Əziz İsmayılov, 78.
Zirə. İdman kompleksinin stadionu, 14:00
Sumqayıt - Kəpəz 3:0
Qol: Elvin Nəsibov, 38. Ülvi Süleymanov, 61. Süleyman Əhmədov, 90+3.
Sumqayıt. Şəhər stadionu, 15:00
Neftçi - Qarabağ 0:1
Qol: Elvin Sərkərov, 13-avtoqol.
Binə. Qəsəbə stadionu, 15:00


