“Səbail”in məşqçisi Toğrul Əhmədov bu hərəkətin güdazına getdi

6 Mart 2018 14:36 Əvəzedicilər 777
“Səbail”in məşqçisi Toğrul Əhmədov bu hərəkətin güdazına getdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının və əvəzedicilər arasında təşkil olunan ölkə birinciliyinin 18-ci tururun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

Əvəzedicilərin çempionatının “Zirə” – “Keşlə” matçında “Keşlə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Oyunun 90-cu dəqiqəsində “Keşlə”nin futbolçusu Emil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

“Kəpəz” – “Səbail” matçında “Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Oyunun 78-ci dəqiqəsində “Səbail”in məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti