Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 18-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. Səfərdə “Sumqayıt”la qarşılaşan “Qarabağ” meydanı heç-heçə ilə tərk edibsə, "Səbail” Nurlan Novruzovun dublu sayəsində səfərdə “Kəpəz”i məğlub edib.

