Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 18-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Səfərdə “Sumqayıt”la qarşılaşan “Qarabağ” meydanı heç-heçə ilə tərk edib. “Səbail” isə Nurlan Novruzovun dublu sayəsində səfərdə “Kəpəz”i məğlub edib.
“Sumqayıt” – “Qarabağ” 1:1
Qol: Ülvi İsgəndərov, 12 - Salman Cəfərov, 50.
Hakimlər: Qorxmaz Eldarov, Hüseynxəlil Orucoğlu, Ağahüseyn Əzizov, Vüsal Əliyev
Sumqayıt. “Sumqayıt Arena”
“Kəpəz” – “Səbail” 0:2
Qol: Nurlan Novruzov, 49-pen.; 89.
Hakimlər: Ramiz Məhərrəmov, Elxan Əsgərzadə, Teymur Teymurov, İslam Məmmədov
Yevlax şəhər stadionu

