“Qəbələ”ni Vüqar Nadirovun het-triki ilə məğlub etdi

26 Fevral 2018 00:50 Əvəzedicilər 732
“Qəbələ”ni Vüqar Nadirovun het-triki ilə məğlub etdi

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 17-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Keşlə” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin çətin qələbəsi ilə başa çatıb. “Qarabağ” isə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəldiyi “Kəpəz”lə görüşdə heç-heçəyə razılaşıb.

Son oyun günündə “Səbail” isə evdə “Qəbələ” ilə üz-üzə gəlib. Gərgin keçən və 7 qolun qeydə alındığı matçda qələbəni meydan sahibləri bayram ediblər. Turun qapanış matçında “Neftçi” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib.

Keşlə - Sumqayıt 3:2

Qol: Elvin Dəmirov, 17-öz qapısına. Sertan Taşqın, 37. Aqşin Quluzadə, 88 - Fərid Kərimzadə, 26; 42.

Qarabağ - Kəpəz 1:1

Qol: Əli Səmədov, 45 - Ruslan Hacıyev, 78.

Səbail - Qəbələ 4:3

Qol: Emil Həsənzadə, 9. Vüqar Nadirov, 25; 53; 63 - Əli Sadıqov, 13. Faiq Hacıyev, 28. Kamran Quliyev, 60.

Neftçi - Zirə 1:1

Qol: Qədir Bayramov, 76 - Mirsahib Abbasov, 84.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti