“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə səfərdə uduzdu

18 Fevral 2018 18:30 Əvəzedicilər 586
“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə səfərdə uduzdu

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 16-cı tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Sumqayıt” doğma meydanda “Neftçi”yə minimal hesabla qalib gəlib. “Qəbələ” isə “Zirə”ni 4 cavabsız qolla yenib.

Emin İmaməliyevin yetirmələri 2018-ci ilin ilk ev oyunundan qələbə ilə ayrılıb. Çempionatın lideri qarşılaşmanın taleyini artıq ilk yarıda həll edib.

Belə ki, Yusif Nəbiyev, Hacıağa Hacılı və Kamran Quliyev ilk 30 dəqiqədə qonaqların qapısına yol tapıb. Oyunun sonlarında isə Əli Səmədov paytaxt təmsilçisini mərkəzdən başlamağa məcbur edib.

Beləliklə, mövsümdə 12-ci qələbəsini qazanan “qırmızı-qaralar” xal hesabını 38-ə çatdırıb və liderliyini möhkəmlədib. Bu, komandamızın 9-cu böyükhesablı qələbəsi olub.

Sumqayıt - Neftçi 1:0
Qol: Elvin Nəsibov, 8.

Qəbələ - Zirə 4:0
Qol: Yusif Nəbiyev, 8. Hacıağa Hacılı, 20. Kamran Quliyev, 30. Əli Səmədov, 78.

1

Qəbələ

16

12

2

2

55-14

38

2

Səbail

15

8

3

4

23-19

27

3

Keşlə

15

5

8

2

23-18

23

4

Zirə

16

6

4

6

21-26

22

5

Neftçi

16

5

4

7

13-20

19

6

Qarabağ

15

5

2

8

19-26

17

7

Sumqayıt

16

4

4

8

16-32

16

8

Kəpəz

15

1

5

9

10-26

8

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti