Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən çempionatda 15-ci turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib. "Keşlə" öz meydanında "Səbail"lə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
"Keşlə" 23 xalla 3-cü, "Səbail" isə 27 xalla ikincidi. Aktivində 35 xalı olan "Qəbələ" liderdir.
"Keşlə" - "Səbail" 2:0
Sərxan Əhmədli, 17 (ö.q); Elvin Cəbrayılov, 31

