İkinci dövrə üçün hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzediciləri bu gün növbəti yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Elbrus Məmmədovun yetirmələri doğma meydanda İran təmsilçisi “İranian Star”la qarşılaşıb.
Görüş sumqayıtlıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt”ın qollarına Qurban Hüseynov (2) və Fərid Kərimzadə imza atıb.

