"Qəbələ" Gürcüstan klubunu yoxlama oyununda uddu - VİDEO

31 Yanvar 2018 15:24 Əvəzedicilər 561
"Qəbələ" Gürcüstan klubunu yoxlama oyununda uddu - VİDEO

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası Gürcüstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 2017/18 mövsümünün ikinci yarısına hazırlığı Tiflisdə davam etdirən “qırmızı-qaralar” yerli "Saburtalo"nun əvəzedici komandasıyla qarşılaşıb.

Oyun Emin İmaməliyevin yetirmələrinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Həmin yeganə qolun müəllifi 62-ci dəqiqədə fərqlənən Veysəl Rzayev olub.

"Qəbələ" sonuncu matçını sabah Tiflis "Lokomotiv"inin əvəzediciləriylə keçirəcək. Komanda ilk oyunda “VİT-Corciya”ya 0:2 hesabıyla uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti