“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası Gürcüstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlığı Tiflisdə davam etdirən “qırmızı-qaralar” “VİT-Corciya” ilə üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şətaitində keçən matçın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb. Fasilədən sonra qol imkanlarından daha yaxşı istifadə edən Gürcüstan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Yanvarın 26-dan qonşu ölkədə hazırlıq keçən əvəzedicilər növbəti yoxlama matçına ayın 28-də çıxacaq. Emin İmaməliyevin yetirmələri “Saburtalo” klubunun əvəzediciləri ilə qarşılaşacaq.

