“Zirə” 1 aydır boş qalan baş məşqçi postuna kimi gətirdi?

10 İyul 15:00 Əvəzedicilər 892
“Zirə” 1 aydır boş qalan baş məşqçi postuna kimi gətirdi?

«Zirə»də yeni baş məşqçi təyinatı gerçəkləşib.

Anar Vəliyev «qartallar»ın əvəzedici komandasının sükanı arxasına gətirilib.

45 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qəsəbə təmsilçisinin «dubl»unu son olaraq Hacı Əhmədov çalışdırıb. O, iyunda «Şəfa»nın təklifini qəbul edən Zaur Həşimova köməkçi gedib.

Anar Vəliyev isə bundan öncə «Şamaxı»da fəaliyyət göstərib, Ayxan Abbasovun korpusunda yer alıb. Ondan da qabaq «Neftçi-2»də Rəşad Abdullayevin yardımçısı işləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!