AFFA Əvəzedicilər Liqasının perspektivi ilə bağıl uzun miüddətdir apardığı müzakirələri yekunlaşdırıb.
Bu haqda federasiyadan saytımıza bildirilib.
Qurumdan redaksiyamıza verilən məlumata görə, rəhbərlik çempionatın ləğvinə dair mövqeyindən dönüb. «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun təkidi yarışın davam etdirilməsində önəmli rol oynayıb.
«Neftçi» və «Sabah» rəsmiləri də onun rəyini dəstəkləyib.
İcraiyyə Komitəsinin üzvü olan təcrübəli mütəxəssis izah edib ki, liqa ömrünü belə tez başa vursa, yüzlərlə futbolçu və məşqçi bu sahədən uzaq düşmək məcburiyyətində qalacaq.
Həmçinin əsas komandanın zədəli və cəzalı oyunçuoarı oyun praktikasından məhrum olacaq.
Artıq klublar bu barədə məlumatlandırılıb. Premyer Liqa təmsilçilərinə bundan irəli gələn işləri görmək tapşırılıb.
SPORTİNFO.AZ

