Çempionatın ikinci dövrəsinə hazırlığı davam etdirən “Sumqayıt”ın əvəzediciləri bu gün ilk yoxlama görüşünü keçirib.
Sportinfo.az xəbər verir ki, Elbrus Məmmədovun yetirmələri doğma meydanda Birinci Divizion təmsilçisi “Xəzər”i sınağa çəkib.
Qarşılıqlı hücumlar şəraitində keçən mübarizədən sumqayıtlılar 1:0 hesablı qələbə ilə ayrılıb. Qarşılaşmanın yeganə qoluna Fərid Kərimzadə imza atıb.
Sumqayıt - Xəzər 1:0
Qol: Fərid Kərimzadə.

