“Qarabağ”ın oyununda baş verən hadisələr - AFFA neylədi?

08:40 Əvəzedicilər 100
“Qarabağ”ın oyununda baş verən hadisələr - AFFA neylədi?

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının 24-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Qarabağ-2” – “Zirə-2” oyununun 61-ci dəqiqəsində “Zirə-2” komandasının 62 nömrəli futbolçusu Rəvan Qaraəhmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Zirə-2” 50 manat cərimə edilib.

“Qarabağ-2” – “Zirə-2” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ-2” komandası 250 manat cərimə edilib.

“Sabah-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti