Premyer Liqadan uzaqlaşdırıldı, “uşaq-muşaq” yerinə qoyuldu

22:40 Əvəzedicilər 160
Premyer Liqadan uzaqlaşdırıldı, “uşaq-muşaq” yerinə qoyuldu

Əvəzedicilər Liqasında 25-ci turun oyunlarına hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Turan Tovuz" - "Zirə" matçındakı səhv qərarları ilə müzakirə olunan Əliyar Ağayev də bu tura təyinat alıb. O, “Zirə-2” – “Sumqayıt-2” matçının referisi olacaq.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Ə.Ağayevin "Turan Tovuz" - "Zirə" görüşündə (3 aprel) ciddi səhvlərə yol verdiyini təsdiqləmişdi.

FİFA referisi 2 dəfə "Turan Tovuz"un lehinə penalti təyin etməyib. O, həmin vaxtdan ölkə kubokunun və Misli Premyer Liqasının oyunlarına təyinat almayıb.

7 may (cümə axşamı)

17:00. “Neftçi-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Ləman Əmirli
Palms Sports Futbol Mərkəzi (IV meydança)

8 may (cümə)

13:00. “Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Əliyar Ağayev, Rizvan Süleymanov, Cavid Ömərov, Vüqar Alıyev
Palms Sports Futbol Mərkəzi (IV meydança)

16:00. “Turan Tovuz-2” – “Qarabağ-2”
Hakimlər: Elçin Abdullayev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Samir Hüseynov
Gəncə şəhər stadionu (ehtiyat meydança)

9 may (şənbə)

16:30. “Kəpəz-2” – “Şamaxı-2”
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Rüfət Əhmədov
Gəncə şəhər stadionu (ehtiyat meydança)

10 may (bazar)

16:00. “Qəbələ-2” – “Sabah-2”
Hakimlər: İslam Məmmədov, Kamran Bayramov, Rəşad Quliyev, Sərxan İsmayılov
Qəbələ şəhər stadionu (ehtiyat meydança)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti