Azərbaycanın iki liqasında komanda sayı artırılır? - VACİB MƏLUMAT

27 Aprel 20:40 Əvəzedicilər 1 849
Azərbaycanın iki liqasında komanda sayı artırılır? - VACİB MƏLUMAT

Klublar Komitəsi (KK) yeni təklif hazırlayıb və baxılması üçün AFFA-ya ünvanlayıb.

Bu, Əvəzedicilər Liqasıyla bağlıdır.

Belə ki, Premyer Liqa təmsilçilərindən ibarət komitə «dubllar»ın yarışının ləğvinə tərəfdardır («Neftçi», «Qarabağ» və «Sabah» istisna olmaqla). KK-nin iki variantdan ibarət təklifi belədir:

Əvəzedici heyətinin fəaliyyətini davam etdirməsini istəyən klub sayı 4 olarsa, onlar I Liqada müsabiqədənkənar yarışsın.

Yox əgər, bu sayı dördü keçərsə, «dubllar» II Liqaya istiqamətləndirilsin.

Bu təklifə AFFA İcraiyyə Komitəsinin sayda keçiriləcək toplantısında baxılacaq. Böyük ehtimalla, Əvəzedicilər Liqası ömrünü tezliklə başa vuracaq.

Federasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev də mətbuata son açıqlamasında bu haqda danışıb. O, liqanın formatının dəyişdirilə biləcəyini də istisna etməyib:

“Əvəzedicilər Liqasının ləğvi gündəmdədir. Ləğv edilməsə də format dəyişikliyi olacaq”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!