Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XV turun oyunları davam edir. Sportinfo.az-ın xəbərinə görə, bu gün daha bir görüş keçirilib. Öz meydanında AZAL-ı qəbul edən “Zirə” 2:1 hesabı ilə qalib gəlib.
“Zirə” - AZAL 2:1
Qollar: Tapdıq Əhmədov, 25; Murad Səttarlı, 49 // Seyidrəzi Ağayev, 78

