"Sumqayıt”: "Danışıqlar gedir"

9 Yanvar 2018 08:12 Əvəzedicilər 607
"Sumqayıt”: "Danışıqlar gedir"

“Sumqayıt”ın əsas komandası kimi əvəzediciləri də Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.

Sportinfo.az xəbər verir ki, Elbrus Məmmədovun rəhbərlik etdiyi komanda bu gündən etibarən doğma arenada məşqlərə başlayıb.

Hazırlıq mərhələsi və ümumi plan barəsində baş məşqçi klubun rəsmi saytına açıqlama verib: "Yanvarın 8-dən etibarən hazırlıqlara start verdik. Plana uyğun olaraq, ayın 20-dən etibarən isə təlim-məşq toplanışına oturacağıq.

Hazırlıq mərhələsi çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırırıq. İlk rəqib artıq məlumdu. Yanvarın 13-də öz stadionumuzda Birinci Divizion təmsilçisi "Xəzər"lə üz-üzə gələcəyik.

Digər yoxlama oyunları üçün danışıqlar gedir. Bu həftənin sonuna qədər bütün rəqiblər dəqiqləşəcək. Əsas məqsədimiz çempionatın ikinci yarısı üçün tam hazır vəziyyətə gəlməyimizdi".

Əvəzedicilərin "Xəzər"lə baş tutacaq yoxlama oyunu yanvarın 13-də Sumqayıt stadionunda keçiriləcək və saat 13:30-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti