“Qarabağ”ın baş məşqçisi əleyhinə çıxdı - Çempionat ləğv olunmayacaq

13:20 Əvəzedicilər 1 285
“Qarabağ”ın baş məşqçisi əleyhinə çıxdı - Çempionat ləğv olunmayacaq

Əvəzedicilər Liqasının ləğvi artıq gündəliyi tərk edib.

Bu barədə AFFA-dan saytımıza bildirilib.

Qurumdan redaksiyamıza verilən məlumata görə, məsələnin müzakirəsi dayandırılıb.

Qeyd olunub ki, çempionatın gələn mövsüm də davam etdirilməsi gözlənilir. Yarış ənn azı, daha 1-2 il keçiriləcək.

Bunun səbəbkarı Qurban Qurbanovdur. Belə ki, İcraiyyə Komitəsinin (İK) üzvü olan «Qarabağ»ın baş məşqçisi liqanın fəaliyyətinin dayandırılmasına qarşı çıxıb.

Təcrübəli mütəxəssis İK-nin iclasında bildirib ki, əvəzedicilərin turniri öz ömrünü başa vurarsa, yüzlərldə gənc futbolu atmaq məcburiyyətində qalacaq, 50-dən artıq məşqçi işsizlər ordusuna qoşulacaq.

O, bu sahəyə ayrılan 150 min manata görə belə addım atmağı mənasız sayıb.

«Qarabağ»la yanaşı, «Neftçi» də bu fikirdədir. «Zirə» ilə «Sumqayıt» da liqanın davam etdirilməsinə etiraz bildirmir.

Yarışın ləğvinin ən çılğın tərəfdarı Ehtiram Quliyevdir. «Turan Tovuz»un İdarə Heyətinin sədri 2 ildən artıqdır özünü «didib-tökür» ki, bu çempionat lazımsızdır, falan-filan.

Başqa vaxt media önündə Tovuzda uşaq futbolunun inkişafından, akademiyanın yaradılmasından, ora diqqət-qayğıdan danışan Quliyevin bağlı qapılar arxasında belə təşəbbüs irəli sürməsi, doğrudan da, çox eybəcər haldır.

«Bir başı, min dili var» - bu yarlıq, necə də Ehtiram bəyin «əyninə oturur».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti