Bu liqada 2 həftəlik fasilə yarandı - Milli toplanış keçəcək

02:10 Əvəzedicilər 57
Bu liqada 2 həftəlik fasilə yarandı - Milli toplanış keçəcək

2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan U-20 millisinin təlim-məşq toplanışı keçiriləcək.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki. toplanış 13-26 aprel tarixlərini əhatə edəcək.

AFFA və Peşəkar Futbol Liqasının məsləhətləşmələrindən sonra bütün potenisal futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərtilə dəyişiklik ediləcək.

Əvəzedicilər Liqasının 13 aprel tarixdə keçiriləcək oyunlarından sonra yarışda iki həftəlik fasilə yaranacaq.

Yarışın oynanılmayan hissəsinin yeni təqvimi ilə bağlı əlavə məlumatlar veriləcəyi bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti