“Neftçi” ilə “Qarabağ” əleyhinə çıxdı, iki klub neytral qaldı, digərləri… SON XƏBƏR

11 Mart 23:40 Əvəzedicilər 168
“Neftçi” ilə “Qarabağ” əleyhinə çıxdı, iki klub neytral qaldı, digərləri… SON XƏBƏR

Əvəzedicilər Liqasının ləğv edilib-edilməyəcəyi İcraiyyə Komitəsinin (İK) növbəti iclasında bəli olacaq.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza ötürülən informasiyaya görə, çempionatın növbəti mövsümdən etibarən fəaliyyətini dayandırması daha çox inandırıcıdır.

Çünki Premyer Liqa təmsilçilərinin əksəriyyəti «dubl»ların yarışının təşkilinin əleyhinədir.

Yalnız «Neftçi» və «Qarabağ» bu liqanın mövcudluğunu dəstəkləyir. «Sabah»la «Sumqayıt» neytral mövqe tutubsa, elitanın digər mənsubları ləğv təklifinə «hə» deyib.

Onlar əvəzedici heyətin saxlanılması üçün AFFA vasitəsilə dövlət tərəfindən ayrılan 300 min manatın klubun digər məsrəflərinin qarşılanmasına sərf olunmasını istəyiblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti