"Neftçi" Quliyevi göndərdi - Yerinə Quliyevi gətirilir?

29 Dekabr 2017 13:12 Əvəzedicilər 907
"Neftçi" Quliyevi göndərdi - Yerinə Quliyevi gətirilir?

Elşad Əhmədovu əvəzedici komandanın sükanı arxasından uzaqlaşdıran «Neftçi» rəhbərliyi planlarında dəyişiklik edib.

Sportinfo.az-ın məlumatına görə, Kamal Quliyev bu postda cəmi 5 gün qalıb. AFFA-dan A kateqoriyalı lisenziya ala bilməyən məşqçinin görəvinə son verilib.

Yayda klubun futbol akademiyasına baş seleksiyaçı təyin olunan Quliyev köhnə-yeni işinin başına dönüb.

«Dubl»u çalışdırmağa bir neçə namizəd var və onlardan ən realı yenə də Quliyevdi.

Bu, futzal üzrə Yüksək Liqada iştirak edən “Marafon Futsal”ın baş məşqçisi Elşad Quliyevdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti