“Neftçi” 3 afrikalı legionerlə “nigah” bağladı - İki illik şərt daxilində

13:20 Əvəzedicilər 152
“Neftçi” 3 afrikalı legionerlə “nigah” bağladı - İki illik şərt daxilində

"Neftçi"nin əvəzedici komandasına 3 futbolçu cəlb olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb.

Bununla belə, klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşma daha 2 il müddətinə artırıla bilər.

19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” U-19 (Almaniya) olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti