“Qəbələ” 3 xalı 3 qolla qazandı, "Kəpəz" paytaxtda "donmadı"

27 Yanvar 2017 18:24 Əvəzedicilər 753
“Qəbələ” 3 xalı 3 qolla qazandı, "Kəpəz" paytaxtda "donmadı"

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin çempionatında mövsümün ikinci yarısına start verilib. Sportinfo.az xəbər verir ki, 15-ci turun ilk oyun günündə iki qarşılaşma baş tutub. "İnter" - "Kəpəz" matçı “sülh”lə bitib.

III dövrə Qəbələdə keçirilən qarşılaşma ilə başlayıb. XV turun ilk matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edib. Son 5 oyunda qələbə qazanıb, turnir cədvəlinin zirvəsinə yüksələn Hüseynqulu Quliyevin yetirmələri 2017-ci ilin ilk matçında da seriyasını davam etdirib.

Mövsümün ilk yarısında 2 dəfə rəqibə qalib gələn (3:1, 3:2) “qırmızı-qaralar” ev oyununda da 3 xalı 3 qolla qazanıb. Komandamız ilk hissədə məğlub duruma düşsə də, fasilədən sonra əzmkarlıq nümayiş etdirib. Ramil Hasanovun dublu və Tural Məmmərzayevin qolu “Qəbələ”yə qələbə bəxş edib – 3:1. Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan “Qəbələ” liderliyini qoruyub.

"Qəbələ" - "Sumqayıt" 3:1

Ramil Hasanov, 52; 68. Tural Məmmədrzəyev, 82 - Süleyman Piriyev, 14-pen.

"İnter" - "Kəpəz" 0:0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti