«Neftçi»nin əvəzedici heyətinin baş məşqçisi Elşad Əhmədov istefaya göndərilib.
Sezonun ilk yarısını 18 zalla 5-ci pillədə başa vuran komandada islahatlar aparmaq qərarına gələn «ağ-qaralar» gənc mütəxəssisə qapını göstərib.
Hazırda Pro kateqoriyalı kurslara qatılan və bu məqsədlə Makedoniyada – «Vardar»da praktika keçən çalışdırıcı, yəqin ki, millilərin birində fəaliyyətini davam etdirəcək. Hər halda adının Qurban Qurbanovun siyahısında olması bəllidi.

