“Neftçi” 70 manat verəcək

03:30 Əvəzedicilər 46
“Neftçi” 70 manat verəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasında 12-ci turla bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz-2” – “Qarabağ-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Qarabağ-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilib.

“Şamaxı-2” – “Zirə-2” oyununun 67-ci dəqiqəsində “Şamaxı-2” komandasının məşqçisi Yaşar Abuzərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəza alıb, “Şamaxı-2” komandası 1000 manat cərimə edilib.

“Şamaxı-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilib.

“Şamaxı-2” – “Zirə-2” oyununun 7-ci dəqiqəsində “Zirə-2” komandasının 24 nömrəli futbolçusu Ömər Həsənli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Zirə-2” komandası 100 manat cərimə edilib.

“Sabah-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilib.

Xəbər Lenti
4 Dekabr 17:50 Çək və bizə göndər!