“Turan Tovuz"dan 4, "Sabah"dan 5 qolluq qələbə

03:10 Əvəzedicilər 96
“Turan Tovuz"dan 4, "Sabah"dan 5 qolluq qələbə

Əvəzedicilər Liqasında II turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Turan Tovuz-2" səfərdə "Kəpəz-2"ni 4:1, "Sabah-2" isə "Araz-Naxçıvan-2"ni 5:2 hesabı ilə məğlub edib.

Turun daha öncəki oyunlarında "Qarabağ-2" doğma meydanda "Sumqayıt-2"ni, "Neftçi-2" isə "Şamaxı-2"ni qəbul edib.

Hər iki matçdan meydan sahibləri 1:0 hesablı qələbə ilə ayrılıb. Tura sabah keçiriləcək "Qəbələ-2" - "Zirə-2" matçı ilə yekun vurulacaq.

"Kəpəz-2" - "Turan Tovuz-2" 1:4

Qollar: Ş.İsmayılov,78, - D.Bağırov,18, E.Qasımov, 22, 49, 87(pen)

"Araz-Naxçıvan-2" - "Sabah-2" 2:5

Qollar: F.Tağıyev,48, İ.Piriyev,79, - R.Nuraxmedov,17, 37, 50, C.Cəfərov,53, Ş.İbrahimov,76

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 18:10 Çək və bizə göndər!