Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 7-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Sportinfo.az xəbər verir ki, bu gün baş tutan oyunda “Keşlə” “Neftçi”ni qəbul edib. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.
Beləliklə, 12 turdan sonra “Keşlə” 18 xalla 8 iştirakçı arasında 4-cü, “Neftçi” 14 xalla 5-ci pillədə qərarlaşıb.
“Keşlə” – “Neftçi” 2:0
Qol: Emil Əliyev, 38. Murad Qayalı, 66.

