Xəbərdarlıq etdilər - Onlar çempionatda oynamayacaqsa, biz də yoxuq!

22 İyul 20:00 Əvəzedicilər 1 313
Xəbərdarlıq etdilər - Onlar çempionatda oynamayacaqsa, biz də yoxuq!

«Qəbələ» AFFA və Peşəkar Futbol Liqasına (PFL) xəbərdarlıq edib.

Aldığımız məlumata görə, I Liqanın çempionu kimi Premyer Liqaya qayıdan əyalət klubu ortaya konkret mövqe qoyub.

«Qırmızı-qaralar» hər iki qurumun nəzərinə çatdırıb ki, əgər elitanın bütün iştirakçıları Əvəzedicilər Liqasında təmsil olunmasa, onlar da yarışa qatılmayacaqlar.

«Qəbələ»nin narahatlığı başadüşüləndir. Çünki «İmişli» və «Karvan» hər iki quruma müraciət edərək, onlardan güzəşt alıb.

I Liqadan gələn rayon klubları təşkilati problemləri əsas göstərərək, onlara 1 illik möhlət verilməsini istəyib və razılıq alıb.

Düzdür, bu haqda hələ rəsmi qərar çıxarılmayıb, ancaq bilirik ki, AFFA və PFL «İmişli» ilə «Karvan»ın Əvəzedicilər Liqasında təmsil olunmamasına izne tanıyıb. Odur ki, bölgə mənsubları ikinci komandanın formalaşdırılması məsələsini artıq ikinci plana atıb.

«Qəbələ» də maliyyə azlığından əziyyət çəkir. İmkanları o səviyyədə deyil, daha əvvəlkitək yağ-bal içində üzmürlər.

Vəziyyətiləri bir balaca qaydasında olsaydı, akademiyanın fəaliyyətini məhdudlaşdırmazdılar. Əvəzedici heyətin yaradılması və çıxışının təmin edilməsi isə bir ətək pul aparır.

Təqribən 300 min manatdan artıq vəsait lazımdır ki, mövsümü başa vursunlar. İlin-günün bu vaxtında 300 mini haradan tapsınlar?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 08:20 Quliyev Serbiya yolunda