“Kəpəz” başsız qaldı - FOTO

22 Noyabr 2017 12:24 Əvəzedicilər 783
“Kəpəz” başsız qaldı - FOTO

“Kəpəz” daha bir baş məşqçi ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, əsas komandanın baş məşqçisi Şahin Diniyevdən sonra əvəzedici heyətin çalışdırıcısı Azər Məmmədov istefaya göndərilib.

"Kəpəz"in əvəzedici komandası cari mövsümdə cəmi 7 xal qazanıb və turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Azər Məmmədov futbolçu karyerası ərzində 5 dəfə "Kəpəz"in formasını geyinib. O, 1992-1994, 1995-1996, 1998-1999, 2005 və 2010-2011-ci illərdə Gəncə klubunda çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti