Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 12-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub. “Kəpəz” Yevlaxda “Səbail”i qəbul edib. Qarşılaşma qonaq komandanın böyük hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyunu “Keşlə” ilə “Zirə” arasında keçirilib. Bu oyunda isə qalib müəyyənləşməyib. İlk oyun günündə “Qarabağ” “Sumqayıt”a 2:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.
"Kəpəz" – "Səbail" 0:4
Pərviz Qaraxanov, 1. Raul Yaqubzadə, 23. Asif Mirili, 60. Emil Həsənzadə, 66-pen.
"Keşlə" – "Zirə" 1:1
Ürfan İsmayılov, 48 - Müşfiq İlyasov, 29.
Tura sabah keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

