
«O, komandamızın oyunlarından və nəticələrindən xəbərdardır».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un əvəzedici heyətinin baş məşqçisi Nizami Ocaqverdiyev deyib.
Müsahib əsas komandanın çalışdırıcısı Kurban Berdiyevin onun sərəncamındakı kollektivə münasibətindən söz açıb:
«Berdıyev xaraktercə sakitliyi sevən, müşahidə etməyi xoşlayan adamdır. Baxır, izləyir, diqqətdə saxlayır.
Ancaq ünsiyyətimiz yoxdur. Mən əsasən köməkçiləri ilə əlaqə saxlayıram, danışıram.
Təəssüf ki, hazırda ixtiyarımda olan futbolçulardan Premyer Liqada oynamağa 100 faiz hazır olan yoxdur».