
«Şamaxı»dan baş məşqçi ayrılığı xəbəri var.
Ötən mövsüm əvəzedici komandanı çalışdırmış Məqsəd Yaqubəliyev tutduğu postu tərk edib.
Təcrübəli mütəxəssis öz istəyi ilə buradan gedib. O, bundan sonra I Liqada işləyəcək.
Vaxtilə güclülər dəstəsində «Ümid» və «Şahdağın (Qusar) sükanı arxasında dayanmış Yaqubəliyev «Mingəçevir»dən gələn dəvəti qəbul eləyib.
«İşıqçılar»ın yeni baş məşqçisi Ramiz Məmmədovun korpusunda yer almağı üstün tutub.
Axı onlar 1 il öncə də «Şamaxı»da çiyin-çiyinə fəaliyyət göstərib, komandanın Premyer Liqaya çempion kimi qayıtmasına nail olublar.
SPORTİNFO.AZ